01 May 2024
Azərbaycanlıların Xankəndi, Xocalı və Ağdərəyə qayıdışı başlanır - ŞAD XƏBƏR

Azərbaycanlıların Xankəndi, Xocalı və Ağdərəyə qayıdışı başlanır - ŞAD XƏBƏR

30 İyun 2021
Baxış: 689

“Azərbaycanlı məcburi köçkünlərin hazırda rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəran və s. yaşayış məntəqələrinə, ev-eşiklərinə, yurd yerlərinə qayıdışı prosesinə hazırlıq gedir”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu tanınmış bloger və jurnalist Elçin Alıoğlu bildirib.

Jurnalistin sözlərinə görə, azərbaycanlı məcburi köçkünlərin dogma yerlərinə qayıdışı ilə bağlı BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığı ilə zəruri prosedurlar çərçivəsində müzakirələr aparılır.

“Müzakirələr uğurludur. Sadəcə, bunu deyə bilərəm hələlik. Vaxtilə Bakıda, Gəncədə, Sumqayıtda və s. məkanlarda yaşamış ermənilərin qayıdışı isə müzakirə mövzusu deyil”, – deyə E.Alıoğlu bildirib.