02 May 2024
Azərbaycanlılara Rusiya ordusuna qoşulmaq üçün bukletlər paylanılır? - FOTO

Azərbaycanlılara Rusiya ordusuna qoşulmaq üçün bukletlər paylanılır? - FOTO

05 Aprel 2023
Baxış: 390

Sosial şəbəkələrdə Azərbaycanda Rusiya ordusunda xidmət keçməyə səsləyən reklam bukletlərinin paylanılması barədə iddialar yayılıb.

AJMEDİA.İNFO xəbər verir ki, reklam fleyerlərində Rusiya ordusunun sıralarına qoşulmaq istəyənlər üçün həvəsləndirici şərtlər irəli sürülüb. Belə ki, vətəndaşlara yüksək sosial təminat müqabilində həmin ölkənin ordusuna qoşulmaq təklif edilir.

Digər iddiaya əsasən isə sözügedən broşürlər Rusiyada azərbaycanlıların kompakt yaşadığı ərazilərdə paylanılır.

Məsələ ilə bağlı DİN-nin Mətbuat xidmətinin şöbə müdiri, polis polkovnik-leytenantı Elşad Hacıyev “Qafqazinfo”nun sorğusunu cavablandırıb. O bildirib ki, DİN məsələdən məlumatlıdır və araşdırma aparılır.