06 May 2024
Azərbaycanlı idmançıya 16 il həbs, 74 şallaq cəzası verildi

Azərbaycanlı idmançıya 16 il həbs, 74 şallaq cəzası verildi

30 Mart 2023
Baxış: 523

İranda azərbaycanlı idmançıya 16 il həbs və 74 şallaq cəzası verilib.

AJMEDİA.İNFO “Mouze“ teleqram kanalına istinadən xəbər verir ki, güneyli idmançımız Səhənd Nurməhəmmədzadə bundan əvvəl edama məhkum edilmişdi.

Lakin onun haqqında edam hökmünü Ali Məhkəmə ləğv etmişdi. İdmançının atası Cəfər Nurməhəmmədzadə deyib:

"5 dəqiqə ərzində keçirilən məhkəmədən artığını gözləmək olmaz. Bir gənci ictimailəşmədən necə 16 il həbsdə saxlamaq olar? Bu hökm çox ədalətsizdir. Bu rejim qeyri-insanidir və bir gəncin həyatını məhv edir".