03 May 2024
Azərbaycanlı ekstrasensdən Rusiya-Ukrayna müharibəsi ilə bağlı PROQNOZ

Azərbaycanlı ekstrasensdən Rusiya-Ukrayna müharibəsi ilə bağlı PROQNOZ

21 Fevral 2023
Baxış: 410

“Rusiya Qərblə müharibədə qalib gələcək”.

AJMEDİA.İNFO Sfera.az-a istinadən bildirir ki, bunu Rusiyada yaşayan məşhur azərbaycanlı ekstrasens, ezoterik Zirəddin Rzayev “Pravda.ru”ya açıqlamasında deyib.

O, qeyd edib ki, Rusiyanın təbii sərvətlərini əlindən almaq istəyi Qərbi ona qarşı çox sərt və hiyləgərcəsinə hücuma sövq edib:

“Hazırda bu, Ukraynada proksi-savaş şəklində baş verir. Lakin Rusiya Ukraynada qalib gələcək. 2023-cü ildə artıq nəticələri görə biləcəyik. Müharibə hətta bitməsə belə, müəyyən nəticələr olacaq. Bəzi anlaşmalar, razılaşmalar ola bilər”.

Ukraynanın taleyi ilə bağlı sualı cavablandıran görücü ölkənin parçalanacağını deyib: “Çünki hakimiyyətdə olan filosof və ya siyasətçi deyil, aktyordur”.

Zirəddin Rzayev deyib ki, qalib gəlmək üçün ruslar birləşməli və Rusiya Federasiyasının prezidentini dəstəkləməlidirlər: "Rusiya bütün dünya ilə müharibə aparır. Bu gün Putin prezidentdir, 5-10 ildən sonra başqası olacaq. Biz Rusiyanın tərəfində olmalı və Vladimir Putini dəstəkləməliyik".

O, həmçinin bildirib ki, Putin hazırda taktika baxımından heç nəyə qərar verməsə də, hansı addımları atacağını bilir.

Zirəddin Rzayev eyni zamanda, Türkiyədə baş verən zəlzələdən də söz açıb: “Zəlzələ təbii hadisədir, bu, ABŞ-ın hərbi hücumu deyil, yəni vakuum silahı və ya buna bənzər bir şey yoxdur”.

Onun fikrincə, bəşəriyyəti irimiqyaslı daşqın, sunami də gözləyir. “Su fəlakətləri 2020, 2021-ci ildən başlayaraq 2026-2027-ci illərdə bütün yer kürəsini təhdid edir. Mən bunu iki il əvvəl proqnozlaşdırmışdım, indi də deyirəm ki, hələlik hər şey qabaqdadır. Çox dəhşətli sel və sunami olacaq", - Zirəddin Rzayev söyləyib.