15 May 2024
“Azərbaycanla barışın, xoşbəxt olacaqsınız” – Rusiyalı ekspert

“Azərbaycanla barışın, xoşbəxt olacaqsınız” – Rusiyalı ekspert

23 Avqust 2021
Baxış: 630

“Qaregin Njde müharibə cinayətkarı, nasistlərin agenti idi, Moskva metrosunda qatarı partladan Zatikyan da, Monte Melkonyan da terrorçuydular”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

Ekspert ermənilərin sosial şəbəkələrdə onu hədəfə almasından danışıb:

“Ermənilər mənə sosial şəbəkələrdə yazırlar, deyirlər ki, mən erməniləri sevmirəm, erməni düşməniyəm. Bəli, mənim üçün erməni, gürcü, yəhudi, isveçli, zənci, yapon və s. - hamısı eynidir, hamıya hörmətlə yanaşıram. Mən beynəlmiləlçiyəm, çünki SSRİ-də böyümüşəm, tərbiyə olunmuşam. Amma Qaregin Njde müharibə cinayətkarı, nasistlərin agenti idi. Moskva metrosunda qatarı partladan Zatikyan terrorçudur. Monte Melkonyan beynəlxalq terrorçudur. Buna ermənifobiya deyirsiniz?

Yoldaş ermənilər, Ermənistan indi yaxşı vəziyyətdə deyil, ora gedin, ölkənizin xeyri üçün çalışın, onu inkişaf etdirin, iqtisadiyyatı gücləndirin, Azərbaycanla barışın, xoşbəxt olacaqsınız”.(teleqraf.com)