18 İyul 2024
Azərbaycanın uğurlu diplomatik strategiyası var - İlham Məmmədov

Azərbaycanın uğurlu diplomatik strategiyası var - İlham Məmmədov

27 May 2023
Baxış: 582

Dünyanın bir çox dövlətləri ilə olduğu kimi Litva dövləti və Azərbaycan arasında səmimi dostluq və güclü əməkdaşlıq əlaqələri vardır. Məlum olduğu kimi hər iki dövlət müstəqilliyimizin bərpasından əvvəl yəni, Sovet dönəmində SSRİ-nin tərkibində müttəfiq respublika olmuşdur.

Həmin dönəmə nəzər salsaq görərik ki, hələ uzun illər öncə ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. Ölkələrimiz arasındakı münasibətlər müstəqil Azərbaycanın qurucusu dahi Heydər Əliyevin təşəbbüsü ilə daha da güclənmişdir. Bununla yanaşı Azərbaycan və Litva arasında diplomatik əlaqələr 1995-cü ilin noyabr ayının 27-də qurulub. Hazırda Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Ölkə Prezidenti cənab İlham Əliyev 2023-cü ilin mayın 21-də Litva Respublikasına rəsmi səfərə gəlib. Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vilnüsdə Litva Respublikasının müstəqilliyi uğrunda mübarizədə həlak olanların xatirəsinə ucaldılan abidəni ziyarət ediblər. Azərbaycan və Litva prezidentlərinin məhdud və geniş tərkibdə görüşləri keçirilib. Səfər çərçivəsində dövlətlərimiz arasındakı münasibətlərin səmimi və sıx olması rəsmi sənədlərin imzalanması ilə də nümayiş etdirilib. Belə ki, mayın 22-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi olub. Hüquqi,ekoloji ,gənclər və idman sahəsini əhatə edən rəsmi sənədlərin imzalanması ölkələrimiz arasındakı sıx əlaqələrin qurulmasına yönəlmiş müsbət addımlardır. Vilnüsdə Prezidentlərin iştirakı ilə Azərbaycan-Litva biznes forumu keçirilib. Dövlət başçıları biznes forumda çıxış ediblər. Eyni zamanda səfər çərçivəsində Mayın 22-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Baş naziri xanım İnqrida Şimonite ilə görüşü olub.Görüşdə Azərbaycan ilə Litva arasında ikitərəfli əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda mətbuata bəyanatlarla çıxış ediblər. Cənab Prezident məzmunlu çıxışı ilə bir sıra xüsusi məsələləri ictimaiyyətin diqqətinə çatdırıb. Keçən il Prezident Nauseda Azərbaycanda rəsmi səfərdə idi, bu il isə mən Litvada rəsmi səfərdəyəm. Biz bu ilin əvvəlində Davosda da görüşmüşdük. Yəni, bu, özlüyündə onu göstərir ki, aramızda çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar təbii ki, bütün digər sahələrə də öz müsbət təsirini göstərir. Biz çox ümid edirik ki, gələcək illərdə iqtisadiyyat, ticarət sahələrində də siyasi səviyyədə olduğu kimi işlər sürətlə gedəcək. Əminəm ki, bu gün keçiriləcək biznes forum bu istiqamətdə atılan önəmli addım olacaqdır. Bütövlükdə, Azərbaycanın güclü xarici siyasəti ölkənin milli təhlükəsizliyinin etibarlı təminatıdır. Bu, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən müasir xarici siyasət kursunun məzmunundan qaynaqlanır. Əsasını varislik ilə yenilik arasındakı tarazlıq təşkil edən bu model mövcud konyunkturanın dəyişikliklərinə əməli surətdə cavab verməyə, eyni zamanda, ölkənin davamlı inkişafını təmin etmək üçün əlverişli xarici şəraitin yaradılmasına yönələn diplomatik strategiyanın saxlanılmasına imkan yaratmışdır. YeniGundem