07 May 2024
Azərbaycanın Moldovadakı səfiri: “Adımdan Qazaxıstandakı hadisələrlə bağlı yayımlanan şərh təxribatdır”

Azərbaycanın Moldovadakı səfiri: “Adımdan Qazaxıstandakı hadisələrlə bağlı yayımlanan şərh təxribatdır”

05 Yanvar 2022
Baxış: 814

“Bəzi “Telegram” kanalında mənim adımdan Qazaxıstandakı hadisələrlə bağlı yayımlanan şərh təxribatdır”.

Bu sözləri Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov deyib.

Diplomat bildirib ki, bu şərhin onunla heç bir əlaqəsi yoxdur:

“Bunun arxasında kimin dayandığı və nə məqsəd güdməsi mənə hələ aydın deyil. Bu şərhə mənim heç bir aidiyyətim yoxdur!”.