06 May 2024
Azərbaycanın Milli Qəhrəmanının anası VƏFAT ETDİ

Azərbaycanın Milli Qəhrəmanının anası VƏFAT ETDİ

18 Yanvar 2022
Baxış: 539

Birinci Qarabağ Müharibəsi şəhidi, Milli Qəhrəman İsgəndər Aznaurovun anası Kamilə Aznaurova bu gün 86 yaşında dünyasını dəyişib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım ediblər.

Qeyd edək ki, İ. Aznaurov axısqa türküdür. O, Özbəkistanın Buxara vilayətində anadan olub. Birinci Qarabağ Müharibəsində könüllü iştirak edərək 1993-cü il 18 apreldə Gədəbəydə gedən döyüşlərdə şəhid olub. Azərbaycan Respubliksı prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə baş leytenant İsgəndər Söhrab oğlu Aznaurov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Onun ermənini necə öldürdüyünü eşidəndə...” – Milli Qəhrəmanın xanımı danışır