02 May 2024
Azərbaycanın İrəvana təhvil verdiyi 10 erməni hərbçidən 5-i SAXLANILDI

Azərbaycanın İrəvana təhvil verdiyi 10 erməni hərbçidən 5-i SAXLANILDI

10 Dekabr 2021
Baxış: 591

Ermənistanın hüquq-mühafizə orqanları dekabrın 4-də Azərbaycanın təhvil verdiyi 10 erməni hərbçidən 5-ni saxlayıb.

AJMEDİA.İNFO erməni KİV-nə istinadən xəbər verir ki, məlumatı Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan təsdiqləyib.

"Hazırda ağır nəticələrə səbəb olan hərbi xidmət və döyüş növbətçiliyi qaydalarının pozulması faktı üzrə açılmış cinayət işi çərçivəsində 5 hərbçi saxlanılıb”, - deyə Tadevosyan bildirib.

Onun sözlərinə görə, hərbçilərin həbsi ilə bağlı məhkəməyə vəsatətlər verilib.