07 May 2024
Azərbaycanda yoluxmaya görə bu qəsəbəyə GİRİŞ-ÇIXIŞ BAĞLANDI

Azərbaycanda yoluxmaya görə bu qəsəbəyə GİRİŞ-ÇIXIŞ BAĞLANDI

17 Avqust 2021
Baxış: 763

Göyçay rayonunun Qaraməryəm kəndində "Kompleks" adlı kiçik qəsəbədə koronavirusa kütləvi yoluxma qeydə alınıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə BAKU.WS-in "qaynar xətt"inə məlumat daxil olub.

Məlumata görə, yoluxanların sayının çox olması səbəbindən yerli polis qəsəbəyə girişi bağlayıb və kənardan gələn adamları qəsəbəyə buraxmır.

Bir neçə saat öncə qəsəbə sakinlərindən biri vəfat edib və dəfn olunmaq üçün Mingəçevirə aparılacaq.