06 May 2024
Azərbaycanda üç agentlik ƏDV-dən AZAD EDİLDİ - Prezidentdən FƏRMAN

Azərbaycanda üç agentlik ƏDV-dən AZAD EDİLDİ - Prezidentdən FƏRMAN

21 İyun 2021
Baxış: 856

“Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edilib.

AJMEDİA.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu siyahıya daxil edilib.