02 May 2024
Azərbaycanda sabiq millət vəkili VƏFAT ETDİ

Azərbaycanda sabiq millət vəkili VƏFAT ETDİ

11 Yanvar 2022
Baxış: 420

Sumqayıt Şəhər Ağsaqqallar Şurasının və idarə heyətinin üzvü vəfat edib.

AJMEDİA.İNFO xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədr müavini Vəzirxan Ənsərov dünyasını dəyişib.

Qeyd edək ki, Vəzirxan Ənsərov 1946-cı ildə anadan olub. 1983-1991-ci illərdə Sumqayıt şəhər Xalq Deputatları Sovetinin üç çağırış deputatı seçilib. 2000-ci ildən 2009-cu ilədək 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin dairə seçki komissiyasının sədri vəzifəsində çalışıb. YAP Sumqayıt şəhər təşkilatında təşkilat şöbəsinin müdiri, sədr müavini, idarə heyətinin və şuranın üzvü seçilib.

2014-cü ilin 19 sentyabr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.