06 May 2024
Azərbaycanda qorxulu hadisə: 15 yaşlı uşağın əlində qumbara PARTLADI - YARALILAR VAR

Azərbaycanda qorxulu hadisə: 15 yaşlı uşağın əlində qumbara PARTLADI - YARALILAR VAR

30 Avqust 2022
Baxış: 400

Gəncə şəhər sakini 15 yaşlı uşağın əlində qumbara partlayıb.

AJMEDİA.İNFO apa-ya istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 15 yaşlı Araz Qasımov (ad-soyad şərtidir) yaşadığı evin yanındakı məişət tullantıları qabının yanında qumbara alışdırıcısını tapıb.

Yeniyetmə həmin alışdırıcıya toxunarkən səs partlayışı baş verib və bu zaman həmin ərazidən keçən N. Mustafayeva aşağı ətrafların, sol qolun üz nahiyəsinin müxtəlif didilmiş-deşilmiş xəsarətləri alıb.

Yeniyetmə xəstəxanaya yerləşdirilib.