20 May 2024
Azərbaycanda polkovnik VƏZİFƏDƏN AZAD EDİLDİ

Azərbaycanda polkovnik VƏZİFƏDƏN AZAD EDİLDİ

06 Dekabr 2023
Baxış: 480

Dövlət Gömrük Komitəsinin Rusiya nümayəndəsi vəzifəsindən azad edilib.

AJMEDİA.İNFO xəbər verir ki, “Qaynarinfo”nun əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun müvafiq əmr ilə polkovnik (gömrük attaşesi) Anar Hüseynov işdən çıxarılıb.

Anar Hüseynov öz istəyi ilə təqaüdə göndərilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kəndindən olan Anar Hüseynov gömrükdə bir sıra vəzifələrdə çalışıb.

Onu da qeyd edək ki, bundan əvvəl Şahin Bağırov polkovnik (gömrük attaşesi) Əliqulu Cəfərovu Azərbaycanın Türkiyədəki səfirliyində Dövlət Gömrük Komitəsinin nümayəndəsi vəzifəsindən azad edib.

Əliqulu Cəfərovun Komitənin sabiq sədri general-polkovnik Səfər Mehdiyevin yaxın qohumu olduğu deyilir.