15 May 2024
Azərbaycanda polisdən qaçan sərxoş sürücü yaxalandı - ANBAAN VİDEO

Azərbaycanda polisdən qaçan sərxoş sürücü yaxalandı - ANBAAN VİDEO

22 Noyabr 2023
Baxış: 381

Gəncədə sürücü yol polisinin əmrinə tabe olmayıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Yol Patrul Xidmətinin əməkdaşı tabe olmayan avtomobilin arxasınca qaçıb. Ancaq buna məhəl qoymayan sürücü qaçmağa çalışıb və yol polisi müvazinətini itirərək yıxılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, həmin şəxs hadisə vaxtı sərxoş halda olub:

“Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları inzibati ərazilərində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidmət aparan zaman “VAZ” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılıb.

Bu zaman sürücünün sərxoş olması barədə əsaslı şübhələr yarandığına ona müayinədən keçməli olduğu bildirilib. Lakin sürücü polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq hadisə yerindən yayınmağa çalışıb. Polis əməkdaşlarının qətiyyətliliyi və çevikliyi nəticəsində sürücü saxlanılıb. Avtomobil mühafizə olunan duracağa yerləşdirilib, sürücü barəsində tabe olmadığına və sərxoş halda avtomobil idarə etdiyinə görə barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib”.