01 May 2024
Azərbaycanda polis ehtiyatsızlıqdan GÜLLƏ YARASI ALDI

Azərbaycanda polis ehtiyatsızlıqdan GÜLLƏ YARASI ALDI

11 Noyabr 2021
Baxış: 646

Azərbaycanda polis əməkdaşı ehtiyatsızlıqdan özünə xəsarət yetirib.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə Şəmkir rayonunda qeydə alınıb.

Belə ki, Şəmkir Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Süleyman Əliyev xidmətə gedərkən özünün xidməti silahı ilə ehtiyatsızlıqdan atəş açıb və xəsarət alıb.

Xəsarət almış polis əməkdaşı xəstəxanaya yerləşdirilib, müalicəsi davam etdirilir.

DİN-in Mətbuat xidmətindən oxu.az-a fakt təsdiqlənib.