07 May 2024
Azərbaycanda məktəblər BAĞLANIR? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda məktəblər BAĞLANIR? - RƏSMİ AÇIQLAMA

19 Oktyabr 2021
Baxış: 661

Təhsil Nazirliyi koronavirusa yoluxma hallarının artmasına görə məktəblərin bağlanacağı və tədrisin distant formada davam etdiriləcəyi barədə məlumatlara aydınlıq gətirib.

AJMEDİA.İNFO-nun məlumatına görə, nazirlikdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən qərar veriləcəyi halda ictimaiyyətə açıqlanacaq.

Hələlik belə bir qərar yoxdur.

Qeyd edək ki, Azərbaycanda sentyabrın 22-dən aşağı siniflərdə (I-IV), sentyabrın 29-dan isə yuxarı siniflərdə (V-XI) əyani tədris bərpa olunub.

Son günlər koronavirusa yoluxma səbəbindən Bakıdakı 20 nömrəli məktəb-lisey, 245 nömrəli tam orta məktəb, "Ankara məktəbi" məktəb-lisey bağlanıb, bir neçə təhsil müəssisəsində 200-dən çox sinif 14 gün müddətinə distant təhsilə keçib.