13 May 2024
Azərbaycanda koronavirusun "Mu" ştammı aşkar edilib? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda koronavirusun "Mu" ştammı aşkar edilib? - RƏSMİ AÇIQLAMA

07 Sentyabr 2021
Baxış: 521

"Hazırda müvafiq yoxlamalarda hələ ki, koronavirusun yeni ştammı ("Mu") aşkar edilməyib.

AJMEDİA.İNFO xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq Milli Hematologiya və Transfuziologiya Mərkəzinin genetika mütəxəssisi Ağa Rza Ağayev deyib.

O bildirib ki, ölkəyə xaricdən daxil olan, ölkə ərazisində cluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr daimi toplanılır və analiz edilir.