Fransa XİN başçısı Benyamin Netanyahu ilə GÖRÜŞDÜ
2 saat əvvəlAzərbaycanda havanın temperaturu 43 dərəcəyə yüksələcək - ETSN
03 Avqust 2021
Baxış: 436
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti Azərbaycan ərazisində gözlənilən hava şəraiti haqqında məlumat yayıb.
AJMEDİA.İNFO-ya verilən məlumata görə, avqustun 4-8-də hava şəraitinin isti keçəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39, bəzi yerlərdə 40-41, respublikanın rayonlarında 35-40, Naxçıvan MR-nın və aran rayonlarının bəzi yerlərində 42-43 dərəcəyədək yüksələcəyi gözlənilir.