02 May 2024
Azərbaycanda diplomata nazirlikdə VƏZİFƏ VERİLDİ - FOTO

Azərbaycanda diplomata nazirlikdə VƏZİFƏ VERİLDİ - FOTO

16 Avqust 2021
Baxış: 823

Mədəniyyət Nazirliyi sistemində kadr təyinatı olub.

AJMEDİA.İNFO xəbər verir ki, mədəniyyət naziri Anar Kərimovun əmri ilə Həsənov Qalib Şamil oğlu Mədəniyyət Nazirliyinin Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Qalib Həsənov 1974-cü ildə Ağcabədi rayonunda anadan olub, 2009-2010-cu illərdə Azərbaycanın Moldovadakı Səfirliyində müşavir, 2010-2013-cü illərdə Azərbaycanın Xarici İşlər Nazirliyində şöbə müdiri, 2013-2017-ci illərdə Azərbaycanın Macarıstandakı Səfirliyində müşavir vəzifəsində çalışıb.

Birinci dərəcəli müşavir diplomatik rütbəsinə malikdir.

Diplomat Mədəniyyət Nazirliyində vəzifəyə gətirildi