02 May 2024
Azərbaycanda deputatların istifadə etdiyi avtomobillər və onların qiymətləri - FOTOLAR

Azərbaycanda deputatların istifadə etdiyi avtomobillər və onların qiymətləri - FOTOLAR

07 Fevral 2022
Baxış: 445

Milli Məclisin deputatlarının ictimai-siyasi fəaliyyəti daim diqqət mərkəzindədir. Eyni zamanda, onların şəxsi həyatlarının bəzi məqamları da cəmiyyət üçün xüsusi maraq kəsb edir.

Məsələn, deputatlar xidməti avtomobillərdən başqa, hansı marka avtomobillərdən istifadə edirlər və bu avtomobillərin qiyməti nə qədərdir?

AJMEDİA.İNFO xəbər verir ki, Konkret.az-ın əməkdaşı bu sualla deputatlara müraciət edib.

Milli Məclisin deputatı Naqif Həmzəyev KONKRET.az-a açıqlamasında “Hyundai SantaFe” markalı avtomobilinin olduğunu bildirib: “Bu mənim şəxsi maşınımdır, 2014-cü ildə istehsal olunub, qiyməti 35-40 min manatdır”.

Deputat Fəzail Ağamalı açıqlamasında “Toyota Camry” markalı şəxsi avtomobilə sahib olduğunu deyib: “Qiyməti 50 min manat civarındadır”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov “Mercedes E-Class” markalı avtobildən istifadə etdiyini qeyd edib: “Şəxsi avtomobilimdir, 2015-ci il istehsalıdır. Qiyməti 48 min manatdır”.

Milli Məclisin deputatı, professor Musa Qasımlı “Toyota Prado” markalı avotmobildən istifadə etdiyini bildirib: “2010-cu il istehsalıdır”. Qeyd edək ki, bu avtomobilin qiyməti 35-40 min manat arsında dəyişir.

Tahir Kərimli açıqlamasında şəxsi avtomobilinin olmadığını və xidməti maşından istifadə etdiyini bildirib.