06 May 2024
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: 5 nəfər öldü - ADLAR

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: 5 nəfər öldü - ADLAR

22 May 2023
Baxış: 312

DİN Qobustanda baş verən dəhşətli yol qəzası barədə məlumat yayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AJMEDİA.İNFO-ya verilən məlumata görə, bu gün səhər saatlarında Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində “KIA” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1990-cı il təvəllüdlü Məhərrəm Səmədov, 2000-ci il təvəllüdlü Əmrah Nuriyev, 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova, 2006-ci il təvəllüdlü Səmayə Talıbova və bir azyaşlı vəfat edib.

Xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.