Fransa XİN başçısı Benyamin Netanyahu ilə GÖRÜŞDÜ
14 saat əvvəlAzərbaycanda DƏHŞƏT: Ata oğlunu zəncirlə ağaca bağlayaraq DÖYDÜ - DİN-dən AÇIQLAMA
27 İyul 2021
Baxış: 600
Tovuz rayonunda ata oğlunu ağacla döyüb.
AJMEDİA.İNFO xəbər verir ki, hadisə rayonun Cəlilli kəndində qeydə alınıb.
Kənd sakini, 2009-cu il təvəllüdlü yeniyetmə atası tərəfindən ağacla döyülərək xəsarət alıb.
O, Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb, ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Atanın oğlunu zəncirlə ağaca bağlayaraq döyməsinin səbəbi isə hələlik məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.(report)
***
Tovuzda atanın 12 yaşlı oğlunu zəncirlə ağaca bağlayaraq döyməsi faktı ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, uşağı atası Şahin Mustafayev ağac parçası ilə döyüb. Nəticədə o, xəsarət alıb: "Hazırda məsələ ilə bağlı araşdırma aparılır və məsələyə aparılan araşdırmalardan sonra hüquqi qiymət veriləcək".