02 May 2024
Azərbaycanda daha bir yeni doğulmuş körpəni küçəyə ATDILAR - AÇIQLAMA

Azərbaycanda daha bir yeni doğulmuş körpəni küçəyə ATDILAR - AÇIQLAMA

12 İyul 2021
Baxış: 575

Ucar rayonunda yeni doğulmuş oğlan uşağı tapılıb.

AJMEDİA.İNFO bildirir ki, körpə səhər saatlarında küçədə aşkarlanıb.

Oğlan uşağı xəstəxanaya yerləşdirilib.

Ucar Rayon Mərkəzi Xəstəxanası küçədə tapılan yeni doğulmuş uşaqla bağlı açıqlama verib.

Xəstəxanadan oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, körpə bu gün səhər saatlarında tibb müəssisəsinə təhvil verilib:

“Yeni doğulmuş körpənin çəkisi 4,1 kiloqram, boyu isə 53 santimetrdir. Onun müalicəsi yeni doğulmuşlar şöbəsində aparılır”.

“Yeni doğulmuşun vəziyyəti qənaətbəxşdir”, - deyə xəstəxanadan qeyd edilib.