03 May 2024
Azərbaycanda bu proqramlara giriş BAĞLANIB - SİYAHI

Azərbaycanda bu proqramlara giriş BAĞLANIB - SİYAHI

20 Sentyabr 2023
Baxış: 849

Dünən Azərbaycanın Qarabağ bölgəsində lokal antiterror əməliyyatlarına başlaması ilə ölkədə dezinformasiya və döyüş, hərbi texnika, əsgərlər haqqında məlumat yayılmasının qarşısının alınması üçün internetdə bəzi məhdudiyyətlər yaranıb.

Bəs bu məhdudiyyətlər əsasən hansı proqramları əhatə edir?

AJMEDİA.İNFO xəbər verir ki, məsələ ilə bağlı açıqlamasında texnobloger Fərid Pərdəşünas bildirib ki, ölkədə internet təmimatında problem yoxdur:

“Hazırda ölkədə internetin təmimatında problem müşahidə olunmur. “Facebook”, “Instagram” normal qaydada çalışır. "You-Tube" mobil tətbiqinin fəaliyyətində dayanmalar var, "Web" versiya isə işləkdir. “TikTok” xaricində bütün platformalar işləkdir”.

İT mütəxəssisi tətbiq mağazalarına qoyulan məhdudiyyətə də aydınlıq gətirib:

“Tətbiq mağazalarında məhdudiyyətlər “VPN” yüklənməsinin qarşısını almaq üçün tətbiq edilib. Kütləvi şəkildə "VPN" yüklənməsinin qarşısının alınması məqsədilə "App Store" və "Play Store" platformalarına girişdə məhdudiyyətlər var. Bu barədə rəsmi açıqlama olmasa da, atılan addım başa düşüləndir. "TikTok" bloklandıqdan dərhal sonra "VPN" sorğuları artır. İnsanlar başa düşmək istəmir ki, dövlət ona görə bloklamır ki, gedib "VPN" yükləyəsiniz. “VPN”lər çox sayda olduğu üçün və mütəmadi IP dəyişiklikləri etmələri səbəbindən təkcə "VPN" servislərini bloklamaq olmur. Bu səbəbdən tətbiq mağazalarında belə məhdudiyyətlər var. Çox təəssüf ki, “TikTok” və “VPN” məhdudiyyətlərinin olmasına baxmayaraq, sözügedən sosial şəbəkədə çox sayda döyüş görüntüsü, şəhid xəbərləri tirajlanır və canlı yayımlar açılır. Görüntülərin çoxu isə “like” xatirinə 44 günlük müharibədəndir”.(Sfera.az)