02 May 2024
Azərbaycanda bu bank hər müştərisinə 900 manat yüklədi - TEXNİKİ XƏTA

Azərbaycanda bu bank hər müştərisinə 900 manat yüklədi - TEXNİKİ XƏTA

04 Oktyabr 2022
Baxış: 489

Azərbaycanda qeyri-adi hadisə qeydə alınıb. Belə ki, "Unibank" müştəriləri səhəri balanslarına 900 manat yüklənməsinə dair aldıqları mesajla açıblar. Müştərilər nə baş verdiyini anlayana qədər məbləğ kart hesablarından geri çəkilib.

AJMEDİA.İNFO xəbər verir ki, məsələ ilə bağlı "Unibank"dan faktı təsdiqləyiblər.

Bildirilib ki, bu, sırf texniki problemlə bağlı məsələdir:

"Bəzi müştərilərin balanslarına texniki problemlə bağlı səhvən pul yüklənib. Artıq texniki problem aradan qaldırılıb və səhvən köçürülən vəsaitlər həmin müştərilərin hesabından geri çəkilib" (modern.az).