07 May 2024
Azərbaycanda boşanmalar yenidən artmağa başlayıb

Azərbaycanda boşanmalar yenidən artmağa başlayıb

03 İyun 2023
Baxış: 509

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il yanvar-fevral ayı üçün 7500 nikah və 5118 boşanma qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə düşən nikahların sayı azalaraq 5.9-dan 4.6-ya düşüb. Göründüyü kimi, nikahların sayının azaldığı vaxtda, boşanmaların sayı artıb. Belə ki, ötən ilin müvafiq dövrünə nisbətən əhalinin hər min nəfərinə düşən boşanmaların sayı 1.5 dən 1.8-ə yüksəlib.

AJMEDİA.İNFO xəbər verir ki, ötən il Ədliyyə Nazirliyinin müvafiq qurumları 61939 nikah və 15938 boşanma qeydə almışdı. Bu da qurulan hər dörd ailədən birinin dağılması anlamına gəlir. Keçən ilin statistikasına əsasən əhalinin hər 1000 nəfərinə 2021-ci illə müqayisədə nikahların sayı 5,6-dan 6,1-ə qədər artıb, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,6-ya düşmüşdü. Nikah səviyyəsi Qarabağ (7,1), Mil-Muğan və Şərqi Zəngəzur (6,9), Dağlıq Şirvan (6,8), Bakı şəhəri, Mərkəzi Aran və Şirvan-Salyan (6,4), Şəki-Zaqatala (6,3), Qazax-Tovuz və Quba-Xaçmaz (6,2) iqtisadi rayonlarında ölkə göstəricilərindən yüksək olmuşdu.