07 May 2024
Azərbaycanda bəy toy günü əlini QANA BULADI

Azərbaycanda bəy toy günü əlini QANA BULADI

26 İyul 2023
Baxış: 463

Qaxda bəy toy günü adam bıçaqlayıb.

AJMEDİA.İNFO-nun qafqazinfo-ya istinadən məlumatına görə, hadisə rayonda yerləşən şadlıq evində qeydə alınıb.

Hadisə mübahisə əsnasında baş verib. DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, 25 yaşlı Yamən Şıxəmirlinin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub.

Y.Şıxəmirliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Gədəbəy rayon sakini, 2002-ci il təvəllüdlü Ariz Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.