20 May 2024
Azərbaycanda AĞIR QƏZA: Qadın öldü, iki azyaşlı isə...

Azərbaycanda AĞIR QƏZA: Qadın öldü, iki azyaşlı isə...

15 Sentyabr 2023
Baxış: 392

Sentyabrın 14-ü saat 23:30 radələrində Mingəçevir şəhər ərazisində "Lexus" markalı avtomobilin sürücüsü Elmar Allahverdiyevin idarəetməni itirməsi nəticəsində avtonəqliyyat vasitəsi yoldan çıxaraq işıq dirəyinə çırpılıb.

DİN-in mətbuat xidmətinin regional qrupundan AJMEDİA.İNFO-ya bildirilib ki, nəticədə avtomobildəki sərnişin 1994-cü il təvəllüdlü Rahimə Allahverdiyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü və ikisi azyaşlı olmaqla üç sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.