02 May 2024
Azərbaycanda AĞIR QƏZA - Ölən və yaralanan var

Azərbaycanda AĞIR QƏZA - Ölən və yaralanan var

10 Avqust 2023
Baxış: 422

Nabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

AJMEDİA.İNFO-nun "Report"a istinadən məlumatına görə, hadisə rayonun Nabran kəndində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik avtomobilinin aşması nəticəsində hələlik şəxsiyyəti məlum olmayan bir nəfər hadisə yerində dünyasını dəyişib.

2000-ci il təvəllüdlü Allahverdiyev Tofiq Pərviz oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.