02 May 2024
Azərbaycanda 2 mindən çox şəxsin əmək pensiyası ƏSKİK ÖDƏNİLİB  – AÇIQLAMA

Azərbaycanda 2 mindən çox şəxsin əmək pensiyası ƏSKİK ÖDƏNİLİB – AÇIQLAMA

11 Yanvar 2022
Baxış: 676

“Son 2 ildə 2000 nəfərdən çox şəxsin əmək pensiyasının əskik ödənildiyi aşkarlanıb”.


AJMEDİA.İNFO xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyev deyib.
O bildirib ki, həmin şəxslərin əmək pensiyaları təkrar hesablanıb:


“Orta hesabla pensiya məbləğləri 633 manatdan 739 manata qədər artırılıb. Bu, bir şəxsin pensiyasının təqribən 100 manat, orta hesabla 17-18 faiz artımı deməkdir. Keçmiş dövr üzrə bu kontingentə 3 milyondan artıq ödənilməli olan vəsait hesablanıb. Həmin vəsait də qanunvericiliyin tələblərinə uyğun olaraq ödənilməkdədir”.