15 May 2024
Azərbaycan Yəhudi Media Mərkəzi Qod Nisanovu ad günü münasibəti ilə təbrik edib

Azərbaycan Yəhudi Media Mərkəzi Qod Nisanovu ad günü münasibəti ilə təbrik edib

24 Aprel 2023
Baxış: 1537

Bu gün Rusiyanın ən zəngin və tanınmış iş adamları sırasında yer alan və hər keçən gün sərvətinə sərvət qatan həmyerlimiz, Quba rayonunun məşhur Qırmızı qəsəbəsində dünyaya gözlərini açan və adı "Forbes"in milyaderlər siyahısında keçən Qod Nisanovun doğum günüdür. "Qoç" zodiak işarəsinin təsiri altında 1972-ci ildə anadan olan Qod Nisanov astroloqların iddia etdiyi kimi qərarlı davranışları ilə başladığı işi sonuna çatdıran, möhkəm iradə və fiziki gücə, eyni zamanda idarəetmə qabiliyyətinə sahib, insanların rəğbətini qazanmağı bacaran bir şəxsiyyətdir.
Biznesə gəlişi heç də asan olmayan Qod Nisanovun tərcümeyi-halı ilə tanış olduqda məlum olur ki, yəhudi əsilli gənc bunun üçün sözün əsl mənasında çaba göstərib. Azərbaycan diasporunun fəal nümayəndələrindən olan Q.Nisanov bu uğurlu fəaliyyətinə görə, Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı, "Dostluq" və "3-cü dərəcəli vətənə xidmət" ordenləri ilə təltif edilib.
Q.Nisanov milli dəyərləri yayılması işinə ən çox dəstək olan sahibkarldandır.
Üç övladı ilə dəbdəbəli həyatdan uzaq, kifayət qədər sadəliyi ilə çoxlarına örnək olan Qod Nissanovu

.Azərbaycan Yəhudi Media Mərkəzi kollektivi adından doğum günü münasibəti ilə təbrik edir, ona fəaliyyətində uğurlar arzu edirik!