20 Aprel 2024
Azərbaycan xarici işlər nazirinin müavininin İsrailə səfəri

Azərbaycan xarici işlər nazirinin müavininin İsrailə səfəri

27 May 2023
Baxış: 335

Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev mayın 21-25-də İsraildə işgüzar səfərdə olub.

O, Herzliya konfransında iştirak edib, İsrailin bir sıra dövlət rəsmiləri və QHT-ləri ilə görüşlər keçirib. Bu barədə cümə günü Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Herzliya konfransında “Azərbaycan-İsrail strateji əlaqələri” mövzusunda çıxış edən Rzayev konfrans iştirakçılarına Azərbaycan-İsrail münasibətləri, regional problemlər, strateji enerji və nəqliyyat layihələri barədə məlumat verib.

Səfər çərçivəsində Rzayev İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Ronen Levi və Avrasiya departamentinin rəhbəri Simona Halperin ilə də görüşüb.

Görüşlər zamanı münaqişədən sonrakı dövrdə regionda vəziyyət, regionda sülh və təhlükəsizliyin bərqərar olunması istiqamətində görülən tədbirlər müzakirə olunub.