07 May 2024
“Azərbaycan xalqının böyük qiyamı yoldadır” - İranda ŞOK ŞÜAR

“Azərbaycan xalqının böyük qiyamı yoldadır” - İranda ŞOK ŞÜAR

30 Avqust 2022
Baxış: 412

Təbrizdə divarlara vərəqələr yapışdırılıb.

AJMEDİA.İNFO xəbər verir ki, təbrizli milli-mədəni fəallar şəhərin bir çox bölgələrində divarlara vərəqələr yapışdırıb, hökumətə xəbərdarlıq ediblər.

Urmu gölünün təsvirləri, Azərbaycan milli hərəkatı fəallarının həbsdə olması, yoxsulluq, mədənlərin talan edilməsi və ana dili kimi məsələlərin yer aldığı vərəqələrdə türk və fars dillərində “Azərbaycan xalqının böyük qiyamı yoldadır” məzmunlu şüarlar yazılıb.

Şəkilin açıqlaması yoxdur.