07 May 2024
Azərbaycan transfer bazarı: Kim aldı, kim satdı?

Azərbaycan transfer bazarı: Kim aldı, kim satdı?

01 Fevral 2022
Baxış: 490

Avropa futbolunda qış transfer bazarı rəsmən bağlanıb.

AJMEDİA.İNFO xəbər verir ki, Azərbaycan da UEFA-nın üzvü olsa da, Premyer Liqa komandalarının fevralın 9-dək yeni transferlərini qeydiyyata saldırmaq imkanı var.

Bəs indiyədək klublarımız qış transfer pəncərəsi zamanı hansı futbolçuları heyətinə qata bildi və ya klublarımızı hansı oyunçular tərk etdi? Həmin siyahını təqdim edirik:

“Qarabağ”
Gələnlər: Rüstəm Əhmədzadə (“Minay”, Ukrayna), Luka Quqeşaşvili (“Yaqelloniya”, Polşa, icarə), Leandro Andrade (“Çerno More”, Bolqarıstan)
Gedən: Qaspar Panadero (AEK, Kipr, icarə)

“Qəbələ”
Gələn: Patrik Robson de Souza Monteyro (“Admira Vaker”, Avstriya, icarə), Samet Karakoç (“Bayrampaşa”, Türkiyə)
Gedən: yoxdur

“Neftçi”
Gələnlər: Azər Salahlı (“Keşlə”), Eddi İsrafilov (azad agent), Elton Əlibəyli (“Səbail”, icarədən qayıdıb), Qilyerme Pato (“İnternasional”, Braziliya), İvan Brkiç (“Riqa”, Latviya), Azər Əliyev (“Ufa”, Rusiya)
Gedənlər: Fəhmin Muradbəyli (“Keşlə”, icarə), Romen Bask (“Şatoru”, Fransa), Sabir Buqrin (“Esperans”, Tunis), Aramiz Suares (“Farensi”, Portuqaliya), Anxel Korea (“Olimpiakos Volos”, Yunanıstan)

“Zirə”
Gələn: Amidu Keyta (“Santa Klara”, Portuqaliya), Brayan Alseus (“Qaz Metan”, Rumıniya)
Gedən: Georgi Stoilov

“Sabah”
Gələn: Aleksandr Neçayev (“Rux”, Belarus)
Gedənlər: Petar Skuletiç (“Baçka Topola”, Serbiya), Saşa Stamenkoviç

“Keşlə”
Gələnlər: Fəhmin Muradbəyli (“Neftçi”, icarə), Franko Flores (“Real Espanya”, Honduras)
Gedənlər: Azər Salahlı (“Neftçi”), Anatole Abanq, Con Kamara, Omar Qudiabi, Nicat Qurbanov, Miyuşko Boyoviç

“Sumqayıt”
Gələnlər: Vüqar Bəybalayev (azad agent), Elşən Abdullayev (“Səbail”), Araz Abdullayev (“Etnikos”, Kipr)
Gedənlər: Roman Hüseynov (“Kəpəz”), Səid Rza

“Səbail”
Gələn: yoxdur
Gedənlər: Elton Əlibəyli (“Səbail”, icarədən qayıdıb), Kamran Ağayev (karyerasını bitirib), Şahin Zəkiyev (azad agent), Elşən Abdullayev (“Sumqayıt”), Turan Manafov (“Olimpiakos Volos”, Yunanıstan, icarə)