06 May 2024
Azərbaycan qətldə təqsirləndirilən gənci beynəlxalq axtarışa verdi

Azərbaycan qətldə təqsirləndirilən gənci beynəlxalq axtarışa verdi

28 Yanvar 2022
Baxış: 528

Azərbaycan hüquq-mühafizə orqanları qətl törətməkdə təqsirləndirilən şəxsi beynəlxalq axtarışa verib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə məlumat İnterpolun saytında yerləşdirilib.

Bildirilib ki, 2002-ci il təvəllüdlü Nurlan Bağırov mütəşəkkil dəstə tərəfindən xüsusi amansızlıqla və ya ictimai təhlükəli üsulla törədilmiş adam öldürmə maddəsi ilə təqsirləndirilir. Onun saxlanılması üçün “qırmızı bülleten”lə İnterpola müraciət edilib.

Azərbaycan məhkəmələri tərəfindən N.Bağırov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində dövlətlərarası axtarış elan olunub.

Teqlər: Azərbaycan