07 May 2024
Azərbaycan Ordusunun daha iki hərbçisi HƏLAK OLDU - RƏSMİ

Azərbaycan Ordusunun daha iki hərbçisi HƏLAK OLDU - RƏSMİ

29 İyun 2021
Baxış: 574

İyunun 28-də günorta saatlarında Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

MN-dən AJMEDİA.İNFO-ya verilən xəbərə görə, “KamAZ” markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.