02 May 2024
AZAL məhkəməyə verildi: xaricə valyuta çıxarıb, amma...

AZAL məhkəməyə verildi: xaricə valyuta çıxarıb, amma...

08 Sentyabr 2021
Baxış: 691

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) məhkəməyə verilib.

AJMEDİA.İNFO-un məlumatına görə, buna səbəb AZAL-ın xaricə valyuta çıxarıb əvəzində məhsul idxal etməməsi və ya xidmət göstərməməsi olub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə cərimə protokolu tərtib olunub.

Protokol baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. İş hakim Elməddin Hüseynovun icraatına verilib.

Xatırladaq ki, həmin maddə əsasında hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. lent.az