06 May 2024
AZAL-ın gəlirləri 32 dəfə artdı

AZAL-ın gəlirləri 32 dəfə artdı

01 Avqust 2022
Baxış: 346

2022-ci ilin ilk yarısında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) ixrac gəlirləri 1,8 milyon dollara çatıb.

AJMEDİA.İNFO “İxrac icmalı”nın iyul sayına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32 dəfə çoxdur. Belə ki, 2021-ci ilin birinci yarısında AZAL-ın gəlirləri 56,1 min manat olub.

Qeyd edək ki, ötən ilin ilk yarısında pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətlər dövlət şirkətinin gəlirlərini də azaltmışdı. Bu ilin birinci yarısı üzrə müqayisədə nəzərə çarpan kəskin artım da bununla bağlıdır. Bizim.Media

Teqlər: AZAL