Fransa XİN başçısı Benyamin Netanyahu ilə GÖRÜŞDÜ
12 saat əvvəlAZAL illər sonra ilk dəfə Ermənistan üzərindən uçuşlara BAŞLADI
06 Oktyabr 2021
Baxış: 708
Bu gündən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Naxçıvan reyslərinin yerinə yetirilməsi üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb.
Bu barədə AJMEDİA.İNFO-ya AZAL-dan məlumat verilib.
"Bu addım Azərbaycanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına qəti hazır olduğunu nümayiş etdirir, bütün sərhəd dövlətlərin maraqlarına cavab verir. Bakı-Naxçıvan reysinin marşrutunun dəyişməsi uçuş vaxtının və yanacaq sərfiyyatını azaldacaq.
Beləliklə, AZAL bu reysi yerinə yetirərkən Ermənistan və İran üzərindən keçən dəhlizlər daxil olmaqla bütün mövcud hava dəhlizlərindən istifadə edə bilər", - aviaşirkət bəyan edib.