19 May 2024
Avropa İttifaqından erməniləri məyus edən açıqlama: Hər hansı sanksiya müzakirəsi aparılmır

Avropa İttifaqından erməniləri məyus edən açıqlama: Hər hansı sanksiya müzakirəsi aparılmır

21 Sentyabr 2023
Baxış: 558

Hazırda Avropa İttifaqının Azərbaycana qarşı mümkün sanksiyaları ilə bağlı heç bir qərar yoxdur.

AJMEDİA.İNFO RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano Brüsseldə keçirdiyi brifinqdə bildirib.

Stano qeyd edib ki, sanksiyalarla bağlı istənilən qərarı Avropa İttifaqına üzv dövlətlər verir və hazırda onlar regiondakı vəziyyəti öyrənirlər: "Hazırda görülə biləcək tədbirlərlə bağlı heç bir qərar yoxdur".