04 İyul 2024
Aşıq Namiq: “Plastik əməliyyat etdirən xanımlardan iyrənirəm” - VİDEO

Aşıq Namiq: “Plastik əməliyyat etdirən xanımlardan iyrənirəm” - VİDEO

07 İyun 2024
Baxış: 281

"Mən plastik əməliyyat etdirən xanımlardan iyrənirəm. Kimə baxsan dodaqlar öndə, arxa şişirdilmiş..."

AJMEDİA.İNFO bildirir ki, bu sözləri aşıq Namiq Fərhadoğlu AZXEBER.COM-a müsahibəsində deyib.

Plastik əməliyyat etdirəm kişi həmkarlarından danışan aşıq, saç əkdirəcəyini bildirib:

"Saç əkdirmək fikrim var, buna normal baxıram. Qəbahətli bir şey yoxdur. 40 yaşım var, bunu etməyin nəyi pisdir ki? Amma bir dəfə bərbərə getdim, dedi ki, gəlin qaşınızı səliqəyə salaq. Dedim sən nə danışırsan? Kişi qaş alar? Bəziləri var, edir, özləri bilər, mən etmərəm. Mən plastik əməliyyat etdirən xanımlardan iyrənirəm. Təbii xanım görəndə artıq təəccüblənirəm. Kimə baxsan dodaqlar öndə, arxa şişirdilmiş. Bu gün qadınların gəldiyi son vəziyyət çox biabırçıdır. İnqubatordan çıxmış kimi hamısı bir-birinə bənzəyir. Şou-biznesdə də 70 faiz xanmlar bir-birilərinə oxşayır. Burun, dodaq, bədənşəkilləndirmə... Heç birini bəyənmirəm. İnsan qapalı olar. Belə qadınlar kişilər üçün daha cəlbedici olurlar. Hər yerini açan qadının nəyi maraqlıdır ki? Qadın var boşanıb, ya əri ölüb. Ona niyə pis baxmalıyıq ki? Amma qadın da var ki, əri ola-ola gündə min hoqqadan çıxır. Elə kişi də var ki, namuslu arvadı ola ola gedir kənarda üç qadın saxlayır".