02 May 2024
“Arvadım yəhudidir, tezliklə...” - Bin Ladenin oğlundan İNANILMAZ İDDİA

“Arvadım yəhudidir, tezliklə...” - Bin Ladenin oğlundan İNANILMAZ İDDİA

06 Sentyabr 2021
Baxış: 680

ABŞ-ın 10 il əvvəl Pakistanda keçirdiyi xüsusi əməliyyatda öldürdüyü “Əl-Qaidə” lideri Usamə bin Ladenin oğlu Ömər həyat yoldaşı ilə birlikdə İsrailə səfər etməyi planlaşdırır.

AJMEDİA.İNFO xəbər verir ki, Üsamə bin Ladenin kiçik oğlu Ömər İsrailin “Yedioth Ahronoth” qəzetinə açıqlamasında atasının ölümündən sonra “Əl-Qaidə” rəhbərliyinə keçəcəyi gözlənilsə də, o, bundan imtina etdiyini deyib.

“Atam daha çox düşmənlərinə nifrət edirdi, nəinki oğullarını sevirdi. Xərclədiyimiz həyat üçün özümü axmaq hiss edirdim. Tezliklə ondan ayrılacağımı bilirdim”, - Ömər qeyd edib.

O, atasının törətdiyi cinayətlər üzündən utanc və qorxu hiss etdiyini söyləyib.

Hazırda Fransada yaşayan Ömər yəhudi olduğunu iddia etdiyi həyat yoldaşı ilə birlikdə tezliklə İsrailə səfər etməyi planlaşdırdığını və ABŞ-a da getmək arzusunda olduğunu bildirib.

“Dünya bütöv olmalıdır, bütün dinlər yan-yana dinc yaşamalıdır”, - Ömər vurğulayıb.

Usamə bin Laden 2011-ci ilin may ayında Pakistanda ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları tərəfindən öldürülüb. Bin Ladenin cəsədinin dənizə atıldığı iddia edilir.(Teleqraf.com)