07 May 2024
Artistlik edən bürclər: Onlar tanıdığınızdan fərqlidirlər

Artistlik edən bürclər: Onlar tanıdığınızdan fərqlidirlər

25 May 2023
Baxış: 473

Bəzi insanlar ətrafdakılara təsir etmək üçün özlərini olmadıqları kimi təqdim edirlər. Onlar lazımsız yerə başqalarının işinə qarışmağı xoşlayırlar. Əslində çox fərqli olduqları halda, özlərini sadəlövh və yaxşı niyyətli kimi göstərməyə çalışırlar.

AJMEDİA.İNFO bu dəfə realdan fərqlənən bürclərlə bağlı məlumatı təqdim edir.

Şir bürcü – Qürurlu olsalar da, tanınmağa, kimlərinsə onlara heyran olmalarına meyllidirlər. Onların daimi təriflənməyə ehtiyacı var və bu, bəzən onların özlərini olduqlarından fərqli göstərmələrinə səbəb olur.


Qız bürcü - Tənqidsevən təbiəti niyyətləri pis olmasa da, onları özündənrazı göstərə bilər. Bu bürcün nümayəndələri adətən yaxşı insan olmağa çalışırlar. Bu baxımdan zaman-zaman qızlar nümayişkaranə hərəkətlər edə bilirlər.

Tərəzi bürcü – Ədalətə, harmoniyaya önəm verirlər. Onlar bəzən saf, sadə, fəzilətli bir insan kimi görünmək istəyirlər. Bunun onları əxlaqi cəhətdən düzgün və ədalətli göstərdiyinə inanırlar.


Oğlaq bürcü - Öz nüfuzlarından narahatdırlar. Yaxşı insan imicinə dair iddialı ola bilərlər. Xüsusən bu, onların məqsədlərinə uyğundursa, şəxsi və ya peşəkar həyatlarında irəliləməyə kömək edirsə... Bu bürcün nümayəndələri güclü görünmək üçün hər şeyə hazırdırlar.


Balıqlar bürcü – Empatik olsalar da, idealizmə də meylli ola bilərlər. Bu, balıqların əxlaqi cəhətdən başqalarından üstün olmaq istəyinə zəmin yaradır. İnsanlar bu davranışın həddindən artıq iddialı olduğunu düşünə bilir.

Qoç, Buğa, Əkizlər, Xərçəng, Əqrəb, Oxatan və Dolçalar başqasına bənzəməyə nifrət edirlər. Ona görə də həmişə olduğu kimi davranırlar.(sfera.az)