06 May 2024
Arıların sancdığı Cəlilabad sakini xəstəxanada öldü

Arıların sancdığı Cəlilabad sakini xəstəxanada öldü

23 May 2023
Baxış: 496

Cəlilabad sakinini arı sancıb.

APA-nın xəbərinə görə, hadisə rayonun Alar kəndində baş verib.

Adil Rzayev arılara qulluq edərkən, arı təknəsinin üstünə yıxılıb. Bu zaman arılar ona hücum edib.

A.Rzayev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinı baxmayaraq, arıçı xəstəxanada dünyasını dəyişib.

İlkin ehtimala görə A.Rzayevin ölümünə səbəb arı sancmasıdır.

Faktla bağlı araşdırma aparılır.