25 Aprel 2024
Argentinada inflyasiya 100%-i keçib

Argentinada inflyasiya 100%-i keçib

15 Mart 2023
Baxış: 304

Argentinada inflyasiya 1990-cı illərin əvvəllərindəki hiperinflyasiya dövründən bəri ilk dəfə olaraq 100 faizdən yuxarı qalxıb.

Argentinanın milli statistika idarəsinin məlumatına görə, fevral ayında illik inflyasiya 102,5 faiz təşkil edib.

Hökumət inflyasiya ilə mübarizədə ərzaq və bəzi digər məhsulların qiymətlərinə yuxarı hədd qoymuşdu.

Bununla belə, aylıq bazda ən yüksək artım yüzdə 9,8 ilə qida və içki qrupunda olub.

Argentina mediası yanvar-fevral aylarında ətin qiymətlərinin 20 faiz artdığını açıqlayıb.