01 May 2024
Angela Merkel ilk dəfə özünü feminist adlandırdı

Angela Merkel ilk dəfə özünü feminist adlandırdı

09 Sentyabr 2021
Baxış: 484

Almaniyanın istefaya getməyə hazırlaşan kansleri Angela Merkel ilk dəfə olaraq özünü feminist adlandırıb. O, artıq bunu bəyan etməkdən utanmadığını deyib.

AJMEDİA.İNFO xəbər verir ki, məlumata görə, 2017-ci ildə keçirilmiş qadınların sammitində Merkel bu suala qəti cavab verməkdə tərəddüd edib. O, həmin vaxt bunu açıq şəkildə söyləməkdən utandığını bildirib.

Lakin indi artıq feminist olmaqdan çəkinmədiyini qeyd edən hökumət başçısı hər kəsi bu nümunəyə uyğun davranmağa çağırıb: “Bu gün məsələ ilə bağlı daha yaxşı düşündüm. Bu mənada deyə bilərəm ki, bəli, hamımız feminist olmalıyıq”, - deyə Merkel bəyan edib.