07 May 2024
Anatoliy Rafailov Qənirə Paşayevanın dəfnində: "Bu itki ilə barışmaq asan deyil, dərin kədər içindəyəm" - FOTOLAR

Anatoliy Rafailov Qənirə Paşayevanın dəfnində: "Bu itki ilə barışmaq asan deyil, dərin kədər içindəyəm" - FOTOLAR

29 Sentyabr 2023
Baxış: 818

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Qənirə Paşayeva bu gün son mənzilə yola salınıb.

AJMEDİA.İNFO xəbər verir ki, mərhum millət vəkili İkinci Fəxri xiyabanda torpağa tapşırılıb. Dəfn mərasimində deputatlar, Qənirə Paşayevanın ailə üzvləri, şəhid ailələri, seçiciləri və sevənləri iştirak ediblər.

Dəfn mərasimində iştirak edən millət vəkili, 53 saylı Quba-Qusar seçki dairəsi üzrə Milli Məclisin deputatı, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, "Magen Daviq Group"un fəxri sədri Anatoliy Rafailov Qənirə Paşayeva ilə bağlı fikirlərini AJMEDİA.İNFO-ya bölüşərək, dərin kədərini ifadə edib:

“Qənirə xanım sözün həqiqi mənasında vətənə, xalqa layiqli övlad, yaxşı dost və həmkar idi. Qəlbi mərhəmət, sevgi və şəfqət dolu Azərbaycanın dəyərli övladının vaxtsız vəfatından çox kədərlənmişəm və bununla barışmaq heç də asan deyil. Qənirə xanıma Tanrıdan rəhmət və yaxınlarına səbr arzulayıram!”

No description available.No description available.No description available.

No description available.