Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
dünən 13:01Albert Aqarunovun Şuşada vurduğu erməni tankı Bakıda Hərbi Qənimətlər Parkında - FOTO
23 Sentyabr 2023 09:05 | Baxış sayı: 783
Erməni işğalçıların vaxtilə Şuşanın girişində quraşdırdıqları “T-71” tankı Bakıdakı Hərbi Qənimətlər Parkına gətirilib.
Sözügedən tank abidəsi Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi lokal antiterror tədbirləri zamanı sökülüb.
Xatırladaq ki, həmin tank işğal zamanı Şuşaya girməyə cəhd edən ilk erməni tankı olub və ekipaj üzvləri ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edilib. Birinci Qarabağ müharibəsindən sonra isə yanmış tank erməni separatçılar tərəfindən bərpa edilərək Şuşaya tuşlanmış vəziyyətdə abidə kimi quraşdırılmışdı.