02 May 2024
Aİ Şurası Belarusdakı vəziyyəti müzakirə edəcək

Aİ Şurası Belarusdakı vəziyyəti müzakirə edəcək

17 Avqust 2020
Baxış: 1230

Avropa İttifaqı (Aİ) Şurası Belarusdakı vəziyyəti müzakirə etmək üçün təcili videokonfrans keçirəcək.

AJM-nın xəbərinə görə, bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel "Twitter"də yazıb.

"Bu həftənin çərşənbə günü saat 12:00-da Aİ Şurası üzvlərinin iclasını çağıracağam. Belarus xalqının öz gələcəyi ilə bağlı qərar vermək və liderini sərbəst seçmək hüququ var. Etirazçılara qarşı zorakılıq qəbuledilməzdir və buna icazə verilmir", - deyə Şarl Mişel qeyd edib.